Satılır 2 otaqlı yeni tikili 75 m², Xətai r.
BU QİYMƏTƏ BU ƏRAZİDƏ HƏTTA KATLAVANDA BELƏ MƏNZİL YOXDUR!
Xətai rayonu, Gəncə prospekti, Xəzər dairəsinin yaxınlığında yerləşən, xüsusi dövlət layihəli (Rəssamlar üçün tikilmiş) 12 mərtəbəli yeni tikili binanın 3-cü mərtəbəsində (yaşayışın 1-ci mərtəbəsi) sahəsi 75 kv.m olan 2 otaqlı mənzil satılır.
Mənzil 2 otaqlıdır, bütün otaqlara pəncərə (gün işığı) düşməklə 3 otağa rahat və ideal peredelka olunur. Mənzilin qarşısında mənzilə aid olan 30 kv.m yarımtikili mövcuddur. İstəyə uyğun olaraq əlavə otaq, əl damı, kladovka və s. kimi istifadə edə bilərsiniz.
Sənəd müqavilədir, dövlət layihəsi olduğu üçün yaxın aylarda kupça veriləcək, yubanma olmayacaq.
Binada 80% yaşayış var. Qaz, su, işıq və internet daimidir. Binada 1 ədəd geniş yük lifti, 24 saat mühafizə xidməti və 2 mərtəbəli yeraltı qaraj mövcuddur.